Bakıda kafedə partlayış – 79 yaşlı qadın öldü

Bakıda kafedə partlayış   – 79 yaşlı qadın öldü

Bakının Yasamal rayonunda yerləşə kafelərdən birində partlayış baş verib.


Aktual.az Fövqəladə Hallar Nazirliyininn saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə partlayışa səbəb maye qaz balonunun sızması olub. Yanğın nəticəsində, kafenin yanar konstruksiyaları və ona bitişik “Qeyri-standart avadanlıqları zavodu”nun istehsalat sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanıb.

Yanğının zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR