Bakıda işdən çıxan kişiyə 4 bıçaq zərbəsi vuruldu

 Bakıda işdən çıxan kişiyə 4 bıçaq zərbəsi vuruldu

Bakıda 52 yaşlı kişiyə tanımadığı şəxs tərəfindən 4 bıçaq zərbəsi vurulub.

Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Hacıbaba Məmməd oğlu işdən evə qayıdan zaman onunla naməlum şəxs "Azərbaycan qadını" küçəsində əlbəyaxa mübahisə edib.

Nəticədə H.Məmmədov 4 bıçaq zərbəsi alıb. H.Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Aktual.az
Xəbər 77 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR