Bakıda intihar hadisəsi baş verib

Bakıda intihar hadisəsi baş verib

Bu gün saat 11 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib. 

Aktual.az SOCAR-a istinadən xəbər verir ki, institutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 
1969-cu il təvəllüdlü Ə.Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra institutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib. İş yoldaşlarının dediyinə görə, o, anası rəhmətə getdikdən sonra depresiyadan əziyyət çəkib və müalicə olunub. 
"Hadisə ilə bağlı araşdırma aparılır. SOCAR-ın kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub. 
 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR