Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq

Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq

"Pirallahı rayonunda yeni iş yerləri və istehsal sahələri yaradılacaq”.

Aktual.az Report-a xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində bir qrup sakinlə görüşdə deyib. 

Dövlət başçısı qeyd edib ki, rayonda balıq bazarı yaradılacaq: "Bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu, böyük bir çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu, həm vətəndaşlara xidmət edir, eyni zamanda, bu balıq bazarları bir növ turizm zonasına çevrilir”. 
 
Aktual.az 
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR