Bakıda iki tələbə qız pilləkənlərdən yıxılaraq ağır xəsarət alıb

Bakıda iki tələbə qız pilləkənlərdən yıxılaraq ağır xəsarət alıb

Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib.

Aktual.az report.az-a istinadən bildirir ki, hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb.
Universitet tələbələri - 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yerə yıxılıblar. Onlardan birincisi bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri, digəri isə onurğa nahiyəsindən ağır xəsarət alıb.

Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.
 
Aktual.az 
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR