Bakıda həyat yoldaşından ayrılan kişi özünü öldürdü

Bakıda həyat yoldaşından ayrılan kişi özünü öldürdü

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.
Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb.
Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. O, özünü binadan atandan sonra valideynləri hadisədən xəbər tutublar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR