Bakıda hədə-qorxu ilə bir neçə nəfərdən pul alan dəstə saxlanıldı

Bakıda hədə-qorxu ilə bir neçə nəfərdən pul alan dəstə saxlanıldı

Bakı şəhər sakini F.Qədimova hədə-qorxu gəlib pulunu almaqda şübhəli bilinən şəxslər tutulublar.
Aktual.az
 DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar.
H.Ağayevə məxsus "BMW" markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Ətraflarında aparılan tədbirlərlə onların cari il iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri olan daha 4 nəfərə hədə-qorxu gəlib ümumilikdə onlardan 3540 manat pul almaları da müəyyən edilib.
 
Aktual.az
Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR