Bakıda güclü yanğın - 30 nəfər təxliyyə olundu

Bakıda güclü yanğın - 30 nəfər təxliyyə olundu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili yardım xidmətinə təhvil verilib və 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 7:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Aktual.az
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR