Bakıda gənci metro kartına görə bıçaqladılar

Bakıda gənci metro kartına görə bıçaqladılar

Bakıda gənc oğlan metro kartına görə bıçaqlanıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində, metronun "İnşaatçılar" stansiyasının çıxışında baş verib. 

Belə ki, 1991-ci il təvəllüdlü Yusifov Ramin Ələddin oğlu metrodan çıxan zaman tanımadığı orta yaşlı kişi (hələlik adı məlum deyil) ona yaxınlaşaraq metro kartının olub-olmadığını soruşub. R.Yusifov yox cavabı verəndə naməlum şəxs onu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları gəlib. R.Yusifovun izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR