"Gazelli"nin anbarındakı yanğın söndürüldü - FOTO


Bakının Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus anbarda baş vermiş yanğın saat 17:00-da söndürülüb.
 
Aktual.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürmə işlərində Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası iştirak edib.
 
Əlavə məlumat veriləcək.
 
****
Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən "Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 
 





Xəbər 693 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR