Bakıda Formula 1 zamanı evlilik təklifi

Bakıda Formula 1 zamanı evlilik təklifi

Bakıda keçirilən Formula 1 yarışı zamanı maraqlı hadisə qeydə alınıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, britaniyalı turist Qrem Barker sevgilisi Viktoriya Uilyamsa evlilik təklif edib.

O, öz təklifini britaniyalı pilot Lüis Hemiltonun bolidi qarşısında səsləndirib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
 
Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR