Bakıda erməni deputatların iştirak etdiyi konfrans başladı

Bakıda erməni deputatların iştirak etdiyi konfrans başladı

Bakıda, Milli Məclisin binasında Azərbaycan parlamentinin, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” mövzusunda konfrans keçirilir.

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, tədbirdə Avronest-ə üzv dövlətlərin, o cümlədən Ermənistanın nümayəndə heyəti iştirak edir. 
Ermənistanı bu ölkənin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan, onun köməkçisi köməkçisi Aram Barseqyan və heyətin digər üzvü Mane Tandilyan təmsil edir.
 
Aktual.az
Xəbər 83 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR