Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoydu

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoydu

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayan, Neftçala sakini, 22 yaşlı Aytən Beytulla qızı Səfərova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Dəm qazı ilə bağlı daha bir hadisə Binəqədi rayonu, Baksol yaşayış massivində qeydə alınıb. Orada yaşayanlar – 39 yaşlı Ramil Ağayev, həyat yoldaşı, 34 yaşlı Şərqiyyə Ağayeva, övladları, 11 yaşlı Rəqsanə Ağayeva və 7 yaşlı Ülviyyə Ağayeva dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR