Bakıda çoxmərtəbəli binada yanğın - Zəhərlənən var

Bakıda çoxmərtəbəli binada yanğın - Zəhərlənən var

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

AKtual.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 112 m2 olan 4 otaqlı evin bir otağında 1 ədəd divan və 1 ədəd məişət texnikası yanıb, yüksək temperaturdan 1 ədəd məişət texnikası qismən əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.


Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR