Bakıda bu yollarda hərəkət məhdudlaşdırılır

Bakıda bu yollarda hərəkət məhdudlaşdırılır

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi - Bayıl dairəsi istiqamətində, həmçinin Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Aktual.az-a verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır: 

"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".
 
Aktual.az
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR