Bakıda bu marşrut xətlərinin istiqaməti dəyişdirilir

 Bakıda bu marşrut xətlərinin istiqaməti dəyişdirilir

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimlərində - 22 may tarixində Bakıətrafı kənd və qəsəbələrdə istiqaməti dəyişəcək sərnişin avtobuslarının marşurut xətləri açıqlanıb.
 
APA-nın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, mayın 22-də "Koroğlu" nəqliyyat mübadilə mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən daxil olan 29 marşrut xətt üzrə avtobusların hərəkətində dəyişiklik olacaq.
 
Mayın 22-də artıq səhər saatlarından başlayaraq Zabrat-Maştağa istiqamətindən "Koroğlu” nəqliyyat mübadilə mərkəzinə gələn avtobusların hərəkət istiqaməti Bakıxanov dəmir yolu stansiyasına, Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən gələn avtobuslar Aeroport yolu-Zığ beton yolu-Gəncə prospekti və "Həzi Aslanov” metro stansiyasına istiqamətləndiriləcək. Eyni zamanda Ziya Bünyadov prospektindən 24 saylı marşurut xətti üzrə avtobuslar Əsədullayev-Y.Əliyev-Mehmandarov, Sülh-Qəmbərov-R. Rüstəmov-Q. Qarayev prospekti-Ş. Mirəzyev- T. Abbasov-Ə. Vəliyev-Q.Qarayev prospekti, sonra mövcud xətt üzrə hərəkət edəcək. Əks istiqamətdə isə Z. Bünyadov-Q.Qarayev-Ə. Vəliyev-M.Abbasov-Ş. Mirəzyev-Q.Qarayev prospekti-R.Rüstəmov-Qəmbərov-Əfəndiyev-Sülh-Mehmandarov-Y.Əliyev-Əsədullayev xətti üzrə sərnişin daşıyacaq.
 
Ziya Bünyadov prospektindən 93 saylı marşrut xətti üzrə avtobuslar E. Mehdiyev-Bakıxanov-dəmir yolu stansiyası-Əfəndiyev-R. Qəmbərov-R. Rüstəmov-Ş. Mirəzyev-T. Abbasov-Ə. Vəliyev-Q. Qarayev prospekti-Ziya Bünyadov prospekti, sonra isə mövcud xətt üzrə hərəkət edəcək. Bu marşrut üzrə avtobuslar əks istiqamətdə Z. Bünyadov-Q. Qarayev-Ə. Vəliyev-M. Abbasov-Ş. Mirəzyev-Q. Qarayev prospekti - R. Rüstəmov- R. Qəmbərov-Əfəndiyev-Y. Əliyev-Əsədullayev, sonra isə mövcud xətt üzrə işləyəcək.
 
Aktual.az
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR