Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır.

Aktual.az Azəravtoyol ASC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti 31 mart 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.
 

Aktual.az

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR