Bakıda bomba həyəcanı yayan şəxs həbs olundu

Bakıda bomba həyəcanı yayan şəxs həbs olundu

Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edib yanlış məlumat verən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin", - deyərək telefonu söndürüb.

DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 51 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR