Bakıda beş yaşlı uşağın bağçada döyüldüyü iddia edilir – VİDEO

Bakıda beş yaşlı uşağın bağçada döyüldüyü iddia edilir – VİDEO

Paytaxt sakini Vüqar Qocayev beş yaşlı oğlu Umudun körpələr evində Qala adlı tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Onun sözlərinə görə, ötən gün övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb. Lakin axşam oğlunu bağçadan götürəndə onun dodağında zədə izləri aşkarlayıb.

Aktual.az  Xezerxeber-ə istinadən məlumat verir ki, hadisə Binəqədi rayonu 193 saylı körpələr evində baş verib.

Valideyn mobil telefon vasitəsi ilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar Umudun tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını təsdiqləyiblər.

Beş yaşlı Umudu döydüyü iddia edilən Qala adlı tərbiyəçi isə bütün deyilənlərin yalan olduğunu bildirib.

O iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.
 

Aktual.az  

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR