Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edildi

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edildi

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Məlumata görə, Suraxanı rayon Hövsan qəsəbə bələdiyyəsinin əməkdaşı 1979-cu il təvəllüdlü R.Q. üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. R.Q. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, R.Q.-nın qayınatası Suraxanı Rayon İcra Hakimiyyətində yüksək vəzifə tutur.



Aktual.az
Xəbər 27 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR