Bakıda bazarda kütləvi dava: Bir nəfər yeddi bıçaq zərbəsi alıb

Bakıda bazarda kütləvi dava: Bir nəfər yeddi bıçaq zərbəsi alıb

Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfərlə mübahisə edib.

Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
 
Aktual.az 
Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR