Bakıda avtomobil gənc qadını vuraraq hadisə yerindən uzaqlaşıb

Bakıda avtomobil gənc qadını vuraraq hadisə yerindən uzaqlaşıb

Bakıda avtomobil 24 yaşlı qadını vuraraq hadisə yerindən uzaqlaşıb

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.Belə ki, metronun "Neftçilər" stansiyasının yaxınlığındakı körpünün altından yolu keçən 1993-cü il təvəllüdlü Abdulhəsənova Könül Azər qızını naməlum markalı avtomobil vurub.

Bədənin müxtəlif nahiyələrində sınıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün kimliyini araşdırır.
 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR