Bakıda avtobusların iş vaxtı uzadılır

Bakıda avtobusların iş vaxtı uzadılır

"BakuBus" MMC bayram günləri ilə əlaqədar sərnişin avtobuslarının iş vaxtını uzadacaq.


Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib: "Bildiyiniz kimi, demək olar, bütün ictimai nəqliyyat dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bayramla əlaqədar saat 01:00-dək işləyəcək. Biz isə avtobuslarımızın iş vaxtını saat 02:00-dək uzatmaq qərarına gəldik".

Bununla belə. N.Allahyarova qeyd edib ki, böyük sərnişin axını olarsa, avtobusların iş vaxtı yanvarın 1-də saat 03:00-dək uzadıla bilər.

Qeyd edək ki, hazırda "BakuBus" MMC-nin 14 marşrut üzrə 302 avtobusu fəaliyyət göstərir.

Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR