Bakıda ata qəza törətdi, qızı öldü

Bakıda ata qəza törətdi, qızı öldü

 

Binəqədi rayonunun Xocəsən qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Aktual.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAZ” markalı avtomobilə vurub.

Nəticədə F.Cahangirovun sərnişini - qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
 
Aktual.az 
Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR