Bakıda ailə faciəsi: Qadın özünü binadan atdı

Bakıda ailə faciəsi: Qadın özünü binadan atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Lənkəran rayonunda anadan olmuş 1965-ci il təvəllüdlü Babayeva Sidiqə Əzim qızı özünü Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.
Bildirilir ki, həmin evdə S.Babayevanın qızı yaşayır. 52 yaşlı qadın müvəqqəti olaraq qızının yanında yaşayırmış. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR