Bakıda 34 yaşlı kişi özünü binadan atdı

Bakıda 34 yaşlı kişi özünü binadan atdı

Bakıda 34 yaşlı kişi özünü binanın üçüncü mərtəbəsindən yerə ataraq intihara cəhd edib.

Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Rəşid Behbudov küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə yaşayan 1983-cü il təvəllüdlü E.Məcidov eyvana çıxaraq özünü yerə atıb. E.Məcidov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, E.Məcidov ailəlidir və onun 1 övladı var.
 
Aktual.az
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR