Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər''

Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim:

Bakıda cavan ananın ''qrija'' əməliyyatı zamanı ölməsində ailə üzvləri həkimi gunahkar sayır. 

''15 dəqiqəlik əməliyyat idi. Bütün analizləri normal çıxmışdı. Cərrah Anar Mehdiyev əməliyyat etdi. Bir saat sonra "nasılka"da meyitini "korridor"a qoydular ki, aparın''. 

Aktual.az  xəbər verir ki, bu fikirləri criminal.az saytına dünən 5 saylı xəstəxanada qasıq yırtığından əməliyyat zamanı dünyasını dəyişən 31 yaşlı Vüsalə Məmmədovanın həyat yoldaşı Şaqif Məmmədov bildirib. Onun sözlərinə görə, həkimlər ölümün ayaqdakı trombdan baş verdiyini dedilər:

''Hərə bir söz deyir. Gah deyirlər damarı zədələnib, gah deyirlər narkoz zamanı keçinib. Bir onu deyə bilərəm ki, bir saat sonra Vüsalənin cansız bədənini bizə verdilər. Əməliyyat üçün verdiyim 350 manatı həkim geri qaytardı və ''olur da belə şeylər'' deyərək getdi''. 

Mərhumun qohumları da Vüsalənin ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirdilər ki, 15 dəqiqəlik dərialtı əməliyyata görə xəstənin ölməsində ancaq həkim günahkardır.

''Üç uşaq ana deyərək ağlayır. Balaca uşağın iki yaşı var. Çox dəhşətli vəziyyətdir. Meyiti ekspertizaya gətirmişik. Hadisə baş verəndən sonra heç həkimlər polisə belə məlumat verməyiblər. Meyiti "korridor"a çıxararaq ərinə veriblər ki apar. Biz yenidən məsələnin araşdırılmasını istədik'', -  mərhumun qohumları bildirdilər. 

Cərrah Anar Mehdiyev isə criminal.az saytına açıqlamasında bildirdi ki, hazırda prokurorluq tərəfindən araşdırma aparılır. Ekspert rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq. 

Həkimin sözlərinə görə, ölüm hadisəsində həkim səhlənkarlığından söhbət gedə bilməz:

''Əməliyyat zamanı qanaxma baş verməyib. Xəstə əməliyyat olunduqdan bir saat sonra vəziyyəti pisləşdi və bioloji ölüm baş verdi. Ehtimal edirik ki, trobdan ölüm baş verə bilər. Ancaq mənşəyi bilinməyən başqa xəstəliklərindən də olması mümkündür. 15-20 dəqiqəlik əməliyyat idi..''.
 
Aktual.az
Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR