Bakıda intihar hadisəsi baş verib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsində baş verib. Qəsəbənin Mədən sahəsi adlanan ərazisindəki fermada yaşayan 1996-cı il təvəllüdlü Nəcəfov Pünhan Ağaverdi oğlu özünü fermada asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Xəbər 644 dəfə oxunub.