Bakıda 18 yaşlı gəncə 8 bıçaq xəsarəti yetirildi – FOTO

Bakıda 18 yaşlı gəncə 8 bıçaq xəsarəti yetirildi – FOTO

Bakıda bıçaqlanma hadisəsi olub.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Şuşa” restoranının yaxınlığında, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb.

Belə ki, həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə naməlum şəxs (və ya şəxslər) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Abdullayevə 8 bıçaq zərbəsi endirilib.
Xəsarət almış gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlanılıb.  




Xəbər 107 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR