Bakıda 11-ci sinif şagirdi özünü öldürdü

Bakıda 11-ci sinif şagirdi özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.

Aktual.az  xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zirə qəsəbəsi, Müslüm Maqomayev küçəsi 93 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Məlumata görə, F. Məmmədov orta məktəb şagirdidir. O, Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 
 
Aktual.az
Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR