Bakıda 10 yaşlı uşaq oğurluğa görə tutuldu

Bakıda 10 yaşlı uşaq oğurluğa görə tutuldu

Bakıda 10 yaşlı oğlan bir müddət öncə oğurluq etdiyi üçün saxlanılıb.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonunda baş verib.

Rayon sakini Çiçək Qafarova aprelin 16-da müvafiq polis bölməsinə müraciət edərək həyətindən velosiped oğurlandığını deyib.

Aparılan araşdırmalarla hadisəni Bakı şəhər sakini, 2006-ci il təvəllüdlü Şirin İlhamovun (şərti) etməsi müəyyən edilib. On yaşlı şübhəli saxlanılıb və polis bölməsinə izahatı alınıb. Bundan sonra Ş.İlhamov sərbəst buraxılıb.

Daha bir oxşar hadisə Suraxanı rayonunda baş verib. Rayon sakini Gülşən Nəcəfovanın həyətindən velosiped oğurlayan 2005-ci il təvəllüdlü Cəfər İlqarov (şərti) saxlanılıb. Polis bölməsində izahatı alındıqdan sonra o da sərbəst buraxılıb.

Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR