Bakıda 10-a yaxın maşın toqquşdu - FOTO

Bakıda 10-a yaxın maşın toqquşdu - FOTO

Dünən axşam saatlarından başlayan qar bu gün səhər zəncirvari yol qəzasına səbəb olub.

Aktual.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Qarlı hava şəraiti ilə bağlı idarəetməni itirən sürücülərin avtomobilləri bir-birilə toqquşub. Nəticədə 10-a yaxın maşına ciddi ziyan dəyib.

Qəza şosse yolunda uzun tıxaca səbəb olub. Yol Polisi əməkdaşları hadisə yerinə cəlb olunublar və yol hərəkəti bərpa edilib.






Xəbər 660 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR