Bakı-Sumqayıt yolunda AĞIR QƏZA: Ata və oğul öldü - FOTO

Bakı-Sumqayıt yolunda AĞIR QƏZA: Ata və oğul öldü - FOTO

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Aktual.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərəvəz daşıyan Qazel markalı avtomobil MAN markalı qoşqulu yük avtomobilinə arxa hissədən zərbə ilə dəyib. Nəticədə Qazelin sürücüsü və yanındakı sərnişin dünyasını dəyişib.
Həlak olan şəxslər ata və oğuldur:
1974- cü il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlu,
1997-ci il təvəllüdlü İsmixanov Araz Etibar oğlu
Qazel zərbədən sonra deformasiyaya uğradığından həlak olanların cəsədləri FHN-nin xüsusi riskli xilasetmə xidməti əməkdaşları tərəfindən maşından çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.//Report


Xəbər 611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR