Bakı-Şamaxı yolunda faciə: Təmir edilən yolda iki nəfər öldü

Bakı-Şamaxı yolunda faciə: Təmir edilən yolda iki nəfər öldü

Dünən Bakı-Şamaxı yolunun 19-21 kilometrliyində 2 piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, yolun 19,3-cü kilometrliyində "Opel” markalı minik avtomobili 33 yaşlı kişini vurub. Magistralın 21,5-ci kilometrliyində isə "QAZ 33” markalı avtomobil 30-35 yaşlı kişini öldürüb.

Bildirilir ki, Bakı-Şamaxı yolunun qeyd edilən hissəsində hazırda təmir işləri həyata keçirilir və orada yolu keçmək piyadalar üçün çox təhlükəlidir.

Hər iki faktla bağlı araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR