Bakı polisindən əhaliyə xəbərdarlıq: qapını, pəncərəni bağlayın!

Bakı polisindən əhaliyə xəbərdarlıq:   qapını, pəncərəni bağlayın!

Bakıda polis paytaxt sakinlərinə müraciət edib.

Aktual.az baku.ws-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi ərazidə yaşayan sakinlərə müraciət edərək oğrulara qarşı diqqətli olmağa çağırıb.

Polisin müraciətində qeyd edilir ki, mənzilin qapısı və pəncərəsini yaxşıca bağlayın. Rayona və ya xaricə istirahət etmək üçün yollananlar mənzilin təhlükəsizliyinə önəm verməlidir. Polis bölməsindən bildirilir ki, vətəndaşlar avtomobildə bahalı əşyalar və pul saxlamasınlar.

Bununla yanaşı, mənzilə siqnalizasiya da qoşdurmaq məsləhət görülür.

Xəbər 693 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR