Bakı metrosunun yeni qatarı SABAHDAN xəttə buraxılacaq

Bakı metrosunun yeni qatarı SABAHDAN xəttə buraxılacaq

Bakı metrosunun yeni qatarı sabahdan etibarən xəttə buraxılacaq.
 
Bunu Trend-ə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
N.Paşayev deyib ki, qatarın Rusiyadan gələn mütəxəssislərlə bərabər yerli mütəxəssislər tərəfindən fəaliyyətə hazırlanması prosesi artıq yekunlaşıb: "Avadanlıqlar quraşdırılıb, sazlanma işləri də aparılıb. Artıq sabahdan etibarən qatar xəttə buraxılacaq".N.Paşayevin sözlərinə görə, qatarların hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarların istismar müddəti təxminən 31 ildir. Yeni qatarların hər bir vaqonunda 16 USB portu var. Vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər.
 
Aktual.az
Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR