Bakı metrosunda cinayətkar tutuldu

Bakı metrosunda cinayətkar tutuldu

Bakı metrosunda oğurluq edən şəxslər tutulub.

Aktual.az  DİN-ə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacı Mehdiyev tutulub. Onun ətrafında Yasamal RPİ 27-ci PB  əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun fevralın 22-də daha bir paytaxt sakininin mobil telefonunu oğurlaması da müəyyən edilib.
 
Martın 8-də metronun "Nizami Gəncəvi" stansiyasında qatarda Ağsu rayon sakini Camo Qəniyevin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Tağıyev də Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 

Aktual.az

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR