Bakı Metropoliteni Xocalı faciəsilə bağlı tədbirlər planı hazırladı

Bakı Metropoliteni Xocalı faciəsilə bağlı tədbirlər planı hazırladı

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti (QSC) Metropoliten İşçiləri Həmkarlar Komitəsi ilə birgə Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.


Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Bildirib ki, hazırlanan birgə tədbirlər planına əsasən, fevralın 26-da qurum əməkdaşları Xətai rayonu ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edəcək. Ziyarətdən sonra "Bakı Metropoliteni" QSC Aparatının inzibati binasında "Xoca" filmi nümayiş ediləcək.

N.Paşayev qeyd edib ki, bununla yanaşı, həmin gün metro stansiyalarında Xocalı faciəsini əks etdirən şəkillər və lövhələr asılacaq.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR