“Bakı Bus”larda “Vay-Fay” niyə işləmir?

“Bakı Bus”larda “Vay-Fay” niyə işləmir?

"Bakı Bus” (Baku Bus) avtobuslarında "Vay-Fay” (WiFi) sistemi qurulsa da, hələlik aktiv deyil

Bu sözləri "Bakı Bus”un nümayəndəsi avtobuslarda "Vay-Fay”ın niyə işləməməsi haqda Axar.az-a danışarkən deyib. O, yaxın zamanda avtobuslara "Vay-Fay”ın fəaliyyətə başlayacağını bildirib:

"Bu istiqamətdə işlər görürük. Yaxın vaxtlarda sərnişinlər "Bakı Bus” avtobuslarında "Vay-Fay” xidmətindən yararlana biləcəklər”.

Qeyd edək ki, sərnişinlər tez-tez "Bakı Bus” avtobuslarında "Vay-Fay” işarəsi olmasına rəğmən, bu xidmətdən yararlana bilmədiklərindən şikayətlənirlər.

Aktual.az
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR