Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatır

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatır

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatacaq.

Aktual.az xəbər verir ki, tennis və uşu üzrə fərdi, stolüstü tennisdə isə komanda yarışlarının qalibləri müəyyənləşəcək. Qadın idmançılarımız stolüstü tennis üzrə finalda İran millisi ilə qarşılaşacaqlar.

Uşuda isə üçqat Avropa çempionumuz Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Azərbaycanın 75 qızıl, 46 gümüş, 33 bürünc medalı var. Türkiyə isə 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medala malikdir.
 
Aktual.az 
Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR