"Bakcell" dən abunəçilər üçün daha bir - YENİLİK


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan "Digiturk" şirkəti ilə yeni tərəfdaşlığa başladığını elan edir.

Aktual.az-ın lent.az-a istinadən xəbərinə görə, "Digiturk" ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində "Bakcell" İP və mobil əsaslı xidmətlər üzrə "Digiturk" şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq bütün "Bakcell" müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə futbol azarkeşləri üçün LIG TV kanalını təqdim edəcək.

Bu tərəfdaşlığın bir hissəsi kimi "Bakcell" “Qoş və Coş” xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. “Digiturk”lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar. İndi "Bakcell" abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə "Digiturk" şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.

“Bakcell" hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G LTE operatorudur. Bu təkliflə biz abunəçilərimizə təqdim etdiyimiz nadir xidmətlərin sayını artırırıq ki, onlar bizim yüksək sürətli LTE şəbəkəmizdən tam faydalana bilsinlər. Biz Türkiyənin ilk və ən böyük rəqəmsal platforması olan “Digiturk”lə tərəfdaşlıqdan məmnunuq. Bu tərəfdaşlıq əlaqələri sayəsində "Bakcell" öz abunəçilərinin sevimli TV kanallarını onlara daha da yaxınlaşdırır və sadəcə, bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır. Biz inanırıq ki, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi bizim mobil internet xidmətinə yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq. LIG TV kimi premium idman kanallarını izləmək abunəçilərimizə "Bakcell" xidmətlərindən daha çox yararlanmaq şansı verəcək”,  - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

"Digiturk" şirkətinin LIG TV idman kanalı hazırda Türkiyə Super Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən "Bakcell" abunəçiləri LIG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaq.

"Digiturk" şirkətinin baş icraçı direktoru Ertan Özerdem deyib ki, "Digiturk" olaraq Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycana xarici sərmayələr yatırmaqda davam edirlər: "Bu çərçivədə biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan "Bakcell" şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və “Digiturk”ün 100-dən çox müxtəlif kanallarının "Bakcell" abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz “Digiturk”ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatının daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik və bu istiqamətdə Bakcell ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.

"Digiturk Mobil TV" tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən "Bakcell" abunəçiləri yararlana bilərlər. Həmçinin aşağıda təqdim olunan link vasitəsilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər: http://www.digiturkplay.com/

Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir. "Digiturk" kanallarını mobil cihazlarda və masaüstü kompüterlərdə izləmək üçün "Bakcell" xüsusi mobil paketini təqdim edəcək. “Digiturk”ün mobil xidmət paketlərini seçərək, "Bakcell" abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. TV kanallarının siyahısını bu linkdən əldə edə bilərsiniz: digiturk.bakcell.com

Sür@ paketlərindən birini alan bütün "Bakcell" abunəçiləri "Digiturk" Mobil Yayımına pulsuz abunə yazıla biləcəklər. Paketi aldıqdan sonra abunəçilər hesabı onlayn aktivləşdirmək üçün 24 saat ərzində aktivasiya kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7 gün ərzində qüvvədə olacaq.

"Bakcell" öz abunəçilərinə data kartlar və planşetlər üçün 4 tarif təklif edir:

Data Karlar və planşetlər üçün

Paketlər

Həcm

Aylıq bonus

Qiymət

Aktivləşdirmə

Sür@ planşet

5 GB

5 GB

15 AZN/ay

*134*55#YES

Sür@ – 1

10 GB

5 GB

20 AZN/ay

*134*105#YES

 Sür@ – 2

35 GB

5 GB

40 AZN/ay

*134*355#YES

Smartfonlar və planşetlər üçün

Paketlər

Həcm

Aylıq bonus

Qiymət

Aktivləşdirmə

Sür@ smartfon

1 GB

2 GB

10 AZN/ay

*134*3#YES

Yuxarıda göstərilən paketlərdən hər hansı birini almaqla "Bakcell" abunəçiləri mobil cihazlarında (smartfon, planşet) internetdən istifadə etmək və "Digiturk" kanallarını izləmək, eləcə də pulsuz "Digiturk SPORT TV" paketinə abunə yazılmaq üçün data trafiki əldə edəcəklər.

Xəbər 714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR