Bakcell abunəçilərinə Yeni İl sürprizi

Bakcell abunəçilərinə Yeni İl sürprizi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti öz abunəçilərinə xüsusi qayğı ilə yanaşmaq və göstərdiyi xidmətlərlə onları daim sevindirmək ənənəsinə sadiq qalaraq, Yeni il qabağı yeni kampaniyaya start verir.

Daha çox dəyər və rahatlıq yaradacaq bu yeni kampaniya çərçivəsində Bakcell abunəçiləri gündə cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanına malik olacaqlar.

Kampaniya 3 dekabr 2015-ci ildən 31 yanvar 2016-cı ilədək davam edəcək. Bu Yeni il kampaniyası çərçivəsində bütün CIN və Klass abunəçiləri gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq əldə etmək imkanına malik olacaqlar. Yeni il kampaniyasına qoşulmaq üçün Bakcell abunəçiləri bu pulsuz USSD kodunu yığmalıdırlar - *552#YES.

Abunəçilər hər gün cəmi 0.59 AZN ödəməklə gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq tarifinə abunə ola bilərlər. Bu kampaniyaya qoşularkən, növbəti 3 günün gündəlik abunə haqqı, yəni 1.77 AZN, nömrənin balansında olan vəsaitdən çıxılır. 4-cü gündən etibarən isə kampaniyanın son gününədək gündəlik 0.59 AZN abunə haqqı tutulur.

Kampaniyaya qoşulmaq üçün sonuncu gün 27 yanvar 2016-cı il saat 23:59:59 radələrində bitir. Yeni kampaniya haqqında ətraflı məlumat almaq üçün, xahiş olunur, *555#YES yığıb "Kampaniyalar" menyusuna daxil olun və Yeni il kampaniyası planını aktivləşdirin.

Abunənin ilk 3 gününü ödəmək üçün balanslarında kifayət qədər vəsait olmayan Prepaid (əvvəlcədən ödəmə) CIN və Klass abunəçiləri yeni plana qoşula bilməyəcəklər. Bu halda, abunəçilər kampaniyadan faydalanmaq imkanına malik olmaq üçün balanslarına vəsait yükləməlidirlər.

Kampaniyada iştirakı dayandırmaq istəyən abunəçilər *552*0#YES kodunu yığmaqla bunu edə bilərlər.

***

Bakcell haqqında

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər 696 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR