"Bakcell" 3D çap printerini nümayiş etdirdi


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “Bakutel 2015” sərgisinə gələn və öz gələcəyini telekommunikasiya sektorunda görən gənclər üçün yaratdığı imkanları nümayiş etdirir.

Aktual.az İKT.lent.az-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Bakcell”in stendində “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “AppLab” innovativ mobil developer layihəsinə həsr olunmuş xüsusi güşə yaradılıb. Burada “AppLab”ın indiyə qədərki məzunları - “Bethclip” və xərcim.az layihələrinin rəhbərləri mobil developer proqramları ilə maraqlanan gənclərə ətraflı məlumat verib, öz təcrübələrini onlarla bölüşürlər.

Bundan başqa, onlar "Bakcell" stendində quraşdırılmış son model 3D printerinin işləmə mexanizmi ilə bağlı maraqlananlara məlumat verir, “Bakcell”in loqosu ilə 3D printerində çap olunmuş müxtəlif əşyaları sərgi ziyarətçilərinə hədiyyə edirlər.

"Bakcell" şirkəti Azərbaycanda mobil proqram tərtibatı sahəsinin zəruri şəraitlə təmin olunması istiqamətində əlindən gələni edir. Məqsəd mobil proqram tərtibatçılarının öz həmkarları ilə təcrübə mübadiləsi apara biləcəyi lazımi mühit yaratmaqdır. Bununla yanaşı Bakcell şirkəti mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin edir.

Xəbər 714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR