Bağırsağından heroin çıxdı

Bağırsağından heroin çıxdı

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn vətəndaşın bağırsağında narkotik aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərindən şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanı-düz bağırsağından 2 ədəd bükümdə xalis çəkisi 11,05 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə xalis çəkisi 1,3 qram olan psixotrop maddə-metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR