Bahçelidən Türkiyə ordusuna müharibəyə çağırışı – “Daşı daş üstündə qoymayın!”

Bahçelidən Türkiyə ordusuna müharibəyə çağırışı – “Daşı daş üstündə qoymayın!”
  • DÜNYA

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türkiyə ordusunu Suriyanın Afrin şəhərində qətiyyətli hərbi əməliyyatlar keçirməyə çağırıb.

Trend-in məlumatına görə, D.Bahçeli Afrində fəaliyyət göstərən YPG və PYD terror təşkilatlarının Türkiyə üçün, eləcə də bütün region üçün böyük təhdid olduğunu vurğulayıb.
O, öz çıxışında Afrində terrorçuları darmadağın etməyə, "daşı daş üstündə qoymamağa” çağırıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu Afrində hərbi əməliyyatların keçirilə biləcəyini istisna etməyiblər.
 
Aktual.az
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR