Bacısını boğub öldürən qardaşa ağır cəza verildi - Foto

Bacısını boğub öldürən qardaşa ağır cəza verildi - Foto

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı şəhər sakini Rafael Yolçuyevin (1977-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, bu il yanvarın 23-də şəhərin S.Şirvani küçəsindəki evdə Rafael Yolçuyev aralarında baş vermiş ailə münaqişəsi zamanı bacısı Yasəmən Arzuxanovanı (1981-ci il təv.) boğaraq qətlə yetirib. Daxil olan məlumat əsasında hadisə yeri ekspertin iştirakı ilə müayinə olunub. Məlum olub ki, iki uşaq anası olan Yasəmən həyat yoldaşı ilə mübahisə etdikdən sonra çıxıb, Bakıya gedib. Bundan qəzəblənən qardaşı Rafael paytaxta gələrək, bacısını Şamaxıya gətirib və orada onu qəsdən öldürüb. Hadisədən sonra Yolçuyev rayon polis şöbəsinə (RPŞ) könüllü təslim olub.

Məhkəmə prosesində R.Yolçuyev ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.



Xəbər 720 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR