Bacısını amansızlıqla öldürən qardaşa və qardaşıoğluna AĞIR CƏZA - 35 il (EKSKLÜZİV FOTOLAR)

Bacısını amansızlıqla öldürən qardaşa və qardaşıoğluna AĞIR CƏZA - 35 il (EKSKLÜZİV FOTOLAR)

Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhər sakinləri Şahbaz Xəlfəyev (1961-ci il təvəllüdlü) və onun oğlu İslam Xəlfəyevin (1991-ci il təvəllüdlü) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesləri başa çatıb. 

Aktual.az xəbər verir ki, ötən il yanvarın 18-də Sumqayıt şəhərində, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunmaqla, ekspertin iştirakı ilə müayinə aparılıb. Araşıdrma zamanı meyitin 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Şahbaz və İslam Xəlfəyevlər tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq məsuliyyətə cəlb olunublar. 

Aktual.az-ın istintaq materiallarına istinadən məlumatına görə, müəyyən edilib ki, yanvarın 17-i saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı Rəfiqə Ağayevaya qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər küt alətlə çoxsaylı xəsarətlər yetirərək, onu qəsdən öldürüblər. 

Məlum olub ki, mərhum qadın Şahbaz tərəfindən uzun müddət təzyiqlərə və hədə-qorxulara məruz qalıb. O, Rəfiqəni evin qeydiyyatından çıxarmaq istəyib, sonuncu isə deyib ki, ora ata evidir və heç yerə getmək fikiri yoxdur. Cinayət məhz elə bu səbəbdən baş verib. 

Məhkəmə prosesində Xəlfəyevlər ittihamla özlərini təqsirli bilməyiblər. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Xəlfəyev 18, Şahbaz Xəlfəyev 17 il müddətinə azadlıqdan məhrum olunublar. 

Ata və oğul hökmdən apellyasiya şikayətləri veriblər. 

Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onların şikayətlərini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
 








Aktual.az
Xəbər 2262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR