Bacısı ilə öpüşən şəxsi bıçaqlayan gənc 1 il 6 ay cəza alıb - (EKSKLÜZİV FOTO)

Bacısı ilə öpüşən şəxsi bıçaqlayan gənc 1 il 6 ay cəza alıb - (EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emin Cəfərovun (1994-cü il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, ötən il iyunun 6-da Suraxanı rayonun Bülbülə qəsəbəsində yaşayan Emin Cəfərov onunla eyni məhəllədə yaşayan İsmət Qəmbərovu (1994-cü il təv.) bıçaqlayıb. Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları 3 saylı kliniki xəstəxanaya gəldikdə Cəfərov da xəstəxanada olub. Sinə nahiyəsindən yaraladığı İsməti xəstəxanaya Emin özü çatdırıb.

İstintaqda iş üzrə dindirilən şəxs İsməti qısqanclıq zəminində vurduğunu bildirib. Eminin sözlərinə görə, 6 aydır ki, məhəllərində Qəmbərovun onun bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlər gəzib:" Eşitdim ki, guya mənim bacımla öpüşüb. Ona görə də bir neçə dəfə onunla söhbət etdim, bildirdi ki, belə bir şey olmayıb. Dedim ki, bu söhbətin axırına kimi gedəcəm, bu elə-belə söhbət deyil, qeyrət söhbətidir. Əlimlə çənəsindən itələdim, 3-4 təpik vurdum, 2-3 dənə də o yumruq vurdu. Burnum qanadı, hirsləndim, bıçaqla vurdum".

Məhkəmə prosesində Emin Cəfərov əməlindən peşman olduğunu qeyd edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.



Xəbər 1490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR