“Bacanaqlar”ın Sevdası əməliyyat olundu – FOTO

“Bacanaqlar”ın Sevdası əməliyyat olundu – FOTO

Xalq artisti Fatma Mahmudovanın aktrisa qızı Nigar əməliyyat olunub.

Aktual.az  Axşam.az-a istinadla xəbər verir ki, F.Mahmudova övladının nəfəs almaqda çətinlik çəkdiyinə görə əməliyyat edildiyini söyləyib.
"Qızım bir dəfə burnundan əməliyyat etdirib. Uğursuz alınmışdı. Ona görə də yenidən əməliyyat etdirdi. Məqsədi plastik əməliyyat deyildi. Gördüyünüz kimi, burnunun forması çox dəyişməyib. Sadəcə, nəfəs almasındakı problem aradan qaldırılıb”, - deyə o bildirib.
F.Mahmudova yeni mövsümdən yenə də "Eks bacanaqlar” serialı ilə efirə gələcəklərini söyləyib: "Qızım da, mən də bu serialda olacağıq. Çox olmasa da, başqa ekran işlərindən təkliflər alırıq. Amma istəmirik, bizim çörək yerimiz buradır. Həm də bir aktyorun bir neçə serialda rol almasına yaxşı baxmıram. Birində oyna, yaxşı obraz yarat. Hərdən səhvlərimiz olur, mənim də başıma gəlib. Hansısa filmə çəkilmişəm, amma sonra peşman olmuşam. Ona görə də təklif gələndə ciddi fikirləşmək lazımdır”.
Xəbər 1623 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR