Azyaşlı qızı it dişlədi

Azyaşlı qızı it dişlədi

Cəlilabadda azyaşlı uşağı it dişləyib.

Aktual.az report
-a istinadən xəbər verir ki, hadisə rayonun Cəfərxanlı kəndində qeydə alınıb.

Belə ki, 7 yaşlı Zəhrə Qubadova əmisinin evindən qayıdarkən qəfildən sahibsiz it ona hücüm edərək sinə və qol nahiyələrini dişləyərək xəsarət yetirib. Azyaşlının qışqırıq səsinə gələn əmisi onu itin pəncəsindən alıb. Zəhra Qubadova yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona quduzluq əleyhinə vaksin vurulub. Hazırda durumu normaldır.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, balaca Zəhraya hücüm çəkən it həmin gün qonşu kənddə də daha bir nəfərə hücüm çəkərək xasarət yetirib.
 
Aktual.az
Xəbər 114 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR